Rusiya Gürcüstanın ən iri ticarət tərəfdaşına çevrilə bilər

16:09 - 6.02.2026


6 fevral, Fineko/abc.az. Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşına çevrilə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Ticarət-Sənaye Palatasının prezidenti Sergey Katırin bildirib.

“Statistika iqtisadi əlaqələrin sabit inkişaf etdiyini təsdiqləyir. Mövcud dinamika qorunub saxlanarsa, logistika və biznes əməkdaşlığı daha da inkişaf edərsə, Rusiya yaxın illərdə Gürcüstanın ən iri ticarət tərəfdaşına çevrilə bilər”, — deyə o bildirib.

2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 2,688 milyard dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 6,3% çoxdur. Moskva Tbilisinin xarici ticarət tərəfdaşları arasında üçüncü yeri tutub.