16:43 - 6.02.2026
6 fevral, Fineko/abc.az. Çin alimləri 20 QVt gücündə TPG1000Cs adlı mikrodalğalı qurğu hazırlayıblar. Qurğu bir dəqiqəyədək impulslar yarada və aşağı Yer orbitində, o cümlədən Starlink peyklərinin fəaliyyətini poza bilir.
ABC.AZ xəbər verir ki, uzunluğu 4 metr, çəkisi isə təxminən 5 ton olan kompakt sistem yerüstü texnikalarda, gəmilərdə və təyyarələrdə yerləşdirilə bilər. Qurğu bir seans ərzində 3 minədək yüksək enerjili impuls buraxa bilir ki, bu da analoji sistemlərin göstəricilərini xeyli üstələyir. KİV-in məlumatına görə, belə sistemin kosmosda yerləşdirilməsi onun effektivliyini daha da artıra bilər.
12 Mart 2026
12 Mart 2026
10 Mart 2026