Türkiyədə WB Travel brendi altında ikinci otel açılacaq

17:23 - 6.02.2026


6 fevral, Fineko/abc.az. WB Travel Anita Matiate 4* oteli Kemer şəhərində 1 may 2026-cı il tarixində açılması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, qonaqları özəl qumlu-daşlı çimərlik (“Mavi Bayraq”la sertifikatlaşdırılıb), açıq hovuz, su sürüşkənləri, “hər şey daxil” restoran və kafe, həmçinin uşaqlı ailələr üçün xidmətlər gözləyir.

Hazırda lobbinin, restoranların və hovuzların təmir işləri aparılır. Bu, 2026-cı ildə WB Travel brendi altında açılacaq ikinci oteldir: 15 fevraldan WB Travel Dreams Vacation Şarm-əl-Şeyxdə qonaqları qəbul edəcək.