“Bakı İstilik İzolyasiya” ASC hüquqi formasını dəyişir

17:30 - 6.02.2026


6 fevral, Fineko/abc.az. 10 mart 2026-cı il tarixində saat 11:00-da “Bakı İstilik İzolyasiya” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, Nizami rayonu, Nəvai küçəsi 17 ünvanında keçiriləcək.

ABC.AZ xəbər verir ki, ığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi;

Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilərək ASC-dən QSC-yə çevrilməsi;

Yeni nizamnamənin təsdiqi;

Təşkilati məsələlər: müşahidə şurası, idarə heyəti və səlahiyyətli şəxsin seçilməsi;

Digər məsələlər.