Ukraynanın Mərkəzi Bankı: İstilik mövsümündən sonra kommunal xidmətlərin tarifləri artacaq

20:16 - 6.02.2026


6 fevral, Fineko/abc.az. Ukrayna Mərkəzi Bankı xəbərdarlıq edib ki, enerji sistemlərinin dağıntıları və iri investisiyaların zəruriliyi səbəbindən qışdan sonra əhali üçün elektrik enerjisinin qiymətinin artması demək olar ki, qaçılmazdır.

ABC.AZ xəbər verir ki, istilik tarifləri hələ ki moratoriya ilə saxlanılır, digər kommunal xidmətlərin qiymətləri isə tədricən bazar səviyyəsinə uyğunlaşdırılacaq.

Tariflərin ümumi artımı və tütün məhsullarına aksizlərin yüksəlməsi “inzibati inflyasiyanı” iki rəqəmli səviyyəyə qədər sürətləndirə bilər. Moratoriya elektrik enerjisi və soyuq suya aid deyil.