Türkiyənin turizm gəlirləri 2025-ci ildə rekord həddə çatıb

16:59 - 9.02.2026


9 fevral, Fineko/abc.az. 2025-ci ildə Türkiyənin turizmdən əldə etdiyi gəlirlər 6,8% artaraq 65,2 milyard dollar təşkil edib ki, bu da tarixi maksimumdur.

ABC.AZ xəbər verir ki, turistlərin yerləşdirilməsindən əldə olunan gəlirlər 7 milyard dollara yaxınlaşıb və 2003-cü ildən bəri ən yüksək səviyyəni göstərib.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, ölkə 2026-cı ildə turizm gəlirlərini 68 milyard dollara çatdırmağı planlaşdırır. Sahə nümayəndələri isə biznes və konqres turizminə olan sabit tələbi, eləcə də balanslı və keyfiyyətli inkişaf şərti ilə regionların potensialını vurğulayırlar.