11:47 - 10.02.2026
10 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev tərəfindən əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı imzalanan sərəncam sosial islahatların 2026-cı ildə də davam edəcəyini göstərəcək.
ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin iclasında deyib.
O qeyd edib ki, bu sərəncam 1 milyon 100 minə yaxın insanın pensiya məbləğində artımlara səbəb olacaq.
Deputat bildirib ki, yalnız son 2 ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb: “Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub. Dünən cənab Prezidentin imzaladığı sərəncamla 1.1 milyon yaxın vətəndaşlarımızın pensiyaları artırıldı.
Bütövlükdə, şanlı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 22.1 milyard manat vəsait xərclənib. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır. Ötən il avqsutun 8-də Vaşinqtonda imzalanan anlaşama isə region üçün yeni səhifənin açılması demək idi. Regionda yeni dövrün yaradıcısı isə Azərbaycan və onun lideridir”.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026