Dörd ölkə arasında Orta Dəhliz üzrə protokol imzalanıb

15:45 - 10.02.2026


10 fevral, Fineko/abc.az. Azərbaycan, Türkmənistan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhliz üzrə rəqəmsallaşma və yükdaşımaların inkişafı, dəhlizin diaqnostikası kimi istiqamətləri əhatə edən protokol imzalanıb.

ABC.AZ "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Mammed Akmammedov, "Özbəkistan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze arasında dördtərəfli görüş keçirilib.

Görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən məsələləri, dəmir yolu sahəsində, eləcə də regionun əsas tranzit marşrutlarından olan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Həmçinin Orta Dəhlizin rəqabətqabiliyyətinin yüksəldilməsi, bu marşrut üzrə daşımaların həcminin artırılması barədə fikir mübadiləsi aparılıb, əməliyyatların rəqəmsallaşdırılmasının yük nəqlinin daha operativ həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.