Yalnızlıq iqtisadiyyatı: Çin üçün yeni imkanlar bazarı

15:49 - 10.02.2026


10 fevral, Fineko/abc.az. Çində yalnız yaşayan insanların sayı sürətlə artır: 2024-cü ildə əhalinin təxminən 20%-i tək yaşayış evlərində yaşamışdır, onilliyin sonuna qədər bu göstərici 30%-i (150–200 milyon nəfər) ötəcək.

ABC.AZ xəbər verir ki, yalnız yaşayanların sayının artması, əhalinin qocalması və Z nəsli tərəfindən evlilik və münasibətlərin yenidən dəyərləndirilməsi “yalnızlıq iqtisadiyyatı”nın formalaşmasına əsas yaradır. Bu iqtisadiyyat istehlakı (qida xidmətlərindən ünsiyyətə qədər) dəyişdirir. Restoranlar tək müştəri üçün ayrıca masalar təqdim edir, 2024-cü ildə isə ərzaq çatdırılma bazarı 545 milyon istifadəçiyə xidmət göstərib və dövriyyəsi 1,2 trln yuan (172 mlrd dollar) təşkil edib.

İnsanlar getdikcə ev heyvanları və süni intellekt vasitəsilə yoldaşlıq axtarırlar. ARK Invest proqnozlaşdırır ki, Çin AI-yoldaş bazarı 30 milyon dollardan 2030-cu ilədək 150 milyard dollara qədər artacaq.

Çin Yaponiyanın təcrübəsini izləyir, burada yalnız yaşayanlar üçün məhsul və xidmətlər ayrıca iqtisadi kateqoriyaya çevrilib. Yalnızlıq iqtisadiyyatı maliyyə, səhiyyə, texnologiya, daşınmaz əmlak və mədəniyyəti əhatə edərək yeni, geniş bazar yaradır.