Azərbaycan Sığortaçılar Assosiasiyası Yol Xəritəsi hazırlayır

17:31 - 7.11.2018


7 noyabr, Fineko/abc.az. Sığorta bazarının inkişaf istiqamətlərini müəyyən etmək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası Yol Xəritəsinin hazırlamasına başlayıb.

ASA-nın məlumatında  bildirilir ki, sığorta şirkətləri, İcbari Sığorta Bürosunun  nümayəndələri və sığorta vasitəçiliyi sahəsində mütəxəssislər daxil olan bir işçi qrupu artıq yaradılmışdır.

“Yol xəritəsinə, ASA-nın 3 illik fəaliyyətinin planı daxildir. Plan, bazar problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, bazarın ətraflı təhlili və analitik rəyin formalaşdırılması və bazarın strategiyasının inkişaf etdirilməsi üzrə tədbirləri nəzərdə tutur”, - məlumatda belə deyilir.

Məlumatda  deyilir ki, Yol Xəritəsinin hazırlanması bir il ərzində başa çatacaq.

 

Bütün xəbərlər