16:25 - 10.02.2026
10 fevral, Fineko/abc.az. Avropa İttifaqı ABŞ-ın Visa və Mastercard ödəniş sistemlərindən asılılığını azaltmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Financial Times Avropa Ödəniş Təşəbbüsünün baş direktoru Martina Vaymertin açıqlamasına istinadən məlumat yayıb.
Aİ-də ehtiyat edirlər ki, bu şirkətlər ABŞ tərəfindən geosiyasi təzyiq alətinə çevrilə bilər. Vaymert bildirib ki, transatlantik münasibətlərin pisləşməsi halında Amerika şirkətlərinin dominantlığı risk yaradır və buna görə də öz ödəniş sisteminin yaradılması “ümumavropa prioriteti” hesab olunur. Hazırda Aİ-yə üzv 13 ölkənin öz alternativi yoxdur, alternativlərin mövcud olduğu ölkələrdə isə onlardan istifadə azalır.
11 Mart 2026