Commerzbank rekord mənfəət əldə edib və səhmdarlara ödənişləri artıracaq

11:05 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Almaniyanın ən iri banklarından olan Commerzbank 2025-ci il üzrə rekord əməliyyat nəticəsi açıqlayıb — 4,5 mlrd avro (+18%), bununla da hədəf göstəricilərini üstələyib. Yenidənqurma xərclərinin 562 mln avro olmasına baxmayaraq, xalis mənfəət 2,6 mlrd avro təşkil edib.

ABC.AZ xəbər verir ki, gəlir komissiya gəlirlərinin 7% artaraq 4 mlrd avroya çatması və mBank-ın güclü nəticələri hesabına 10% artaraq 12,2 mlrd avroya yüksəlib. Xalis faiz gəliri baza faiz dərəcələrinin azalmasına baxmayaraq 8,2 mlrd avro səviyyəsində sabit qalıb. Korporativ kredit portfeli isə illik müqayisədə 10% artıb.

Bank səhmdarlara təxminən 2,7 mlrd avro yönəldəcək ki, bu da ötən illə müqayisədə demək olar 1 mlrd avro çoxdur. Dividendlər hər səhm üçün 1,10 avro təşkil edəcək, həmçinin ümumi məbləği 1,54 mlrd avro olan səhmlərin geri alınması proqramı planlaşdırılır.

2026-cı ildə Commerzbank 3,2 mlrd avrodan yuxarı xalis mənfəət və komissiya gəlirlərində artımın davam edəcəyini gözləyir.