Yanvarda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə azalıb

12:32 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bununla yanaşı, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 92,7 %, elektrik avadanlıqlarının istehsalı 53,2 %, tikinti materiallarının istehsalı 39,3 %, tütün məmulatlarının istehsalı 37,4 %, kağız və karton istehsalı 26,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 20,3 %, poliqrafiya məhsullarının istehsalı 8,2 %, geyim istehsalı 3,9 % artıb, mebel istehsalı 0,3 %, qida məhsullarının istehsalı 0,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 3,9 %, içkilərin istehsalı 6,4 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,7 %, kompüter, elektron və optik məhsulların istehsalı 6,7 %, maşın və avadanlıqların istehsalı 10,8 %, neft məhsullarının istehsalı 16,4 %, kimya sənayesi məhsullarının istehsalı 21,2 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 26,7 %, hazır metal məmulatlarının istehsalı 28,5 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,9 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7 % azalıb.