14:31 - 11.02.2026
11 fevral, Fineko/abc.az. Azərbaycanda sahibkarlar üçün dövlət xidmətlərini vahid platformada birləşdirəcək "Mygov Business" layihəsi yaxın aylarda pilot olaraq istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəqəmsal məhsulların inkişafı departamentinin rəhbəri Emil Rüstəmov Bakıda keçirilmiş Forumda deyib.
Onun sözlərinə görə, təşkilatın əsas mandatı dövlət xidmətlərinin rəqəmsallaşdırılması olsa da, bu proses yalnız vətəndaşlarla məhdudlaşmır:
"Biz anlayırıq ki, sahibkarlar və biznes subyektləri də dövlət xidmətlərinə "bir pəncərə" prinsipi əsasında müraciət etməyə ehtiyac duyurlar. Artıq bir neçə aydır bu istiqamətdə fəaliyyət genişləndirilib və "Mygov Business" platforması üzərində iş aparılır. Layihə dünyanın ən böyük İT şirkətlərindən biri olan "EPAM" ilə birgə hazırlanır".
Onun sözlərinə görə, platforma ilkin mərhələdə pilot rejimdə təqdim olunacaq, daha sonra isə ilin sonuna qədər funksionallığı genişləndiriləcək:
"Vergi, gömrük, ədliyyə və digər sahibkarlara yönəlik xidmətlər vahid platforma çətiri altında daha rahat və sistemli şəkildə təqdim ediləcək".
12 Mart 2026
12 Mart 2026
10 Mart 2026