Türkiyə Azərbaycan ilə informasiya texnologiyaları həcminin artırılmasını araşdıracaq

15:13 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Türkiyə Azərbaycan ilə həyata keçiriləcək layihələr hesabına informasiya texnologiyaları sektorunun həcminin artırılması yollarını araşdıracaq.

ABC.AZ xəbər verir ki, bunu Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyasının (TÜBİSAD) İdarə Heyətinin sədri Mehmet Ali Tonbalak Bakıda keçirilən Forumda bildirib.

Onun sözlərinə görə, əsas məqsəd rəqəmsal körpü qurmaq və vahid bir ekosistem yaratmaqdır: "Bunun səbəblərinə cavab verməyə çalışacağam. Hazırda Türkiyədə informasiya texnologiyaları sektoru ümumilikdə 33 milyard dollarlıq bir həcmi təmsil edir və bazarın 95 %-ni əhatə edir. Qarşıdakı dövrdə bu göstəricini Azərbaycanla birlikdə necə ikiqat artıra biləcəyimizin yollarını araşdıracağıq".