15:26 - 11.02.2026
11 fevral, Fineko/abc.az. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) hər il orta hesabla 250–300 yeni startapın yaranmasına dəstək verir.
ABC.AZ xəbər verir ki, bunu İRİA-nın Startap ekosisteminə dəstək şöbəsinin müdiri Camal Ağayev Bakıda keçirilən Forumda bildirib.
"Bunların da təxminən 10–15 %-i müəyyən müddətdən sonra fəaliyyətə başlayır. Ayaqda qalan startaplar lokal bazara çox yaxşı uyğunlaşır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bir startap və yaxud komanda ilə əməkdaşlıq etmək təkcə bizim bazara deyil, həm də Mərkəzi Asiya bazarına çıxış üçün mühüm imkan yaradır. Çünki Azərbaycanın startap komandalarında ingilis, türk və rus dillərini yüksək səviyyədə bilən mütəxəssislər geniş təmsil olunur. Bu isə əməliyyatların rahat şəkildə aparılmasına, həmçinin bazar və mədəniyyətə uyğunlaşmasına imkan verir. Türkiyə şirkətləri Azərbaycan startapları ilə tərəfdaşlıq edərək Özbəkistan və Qazaxıstan kimi bazarlara daha rahat daxil ola bilərlər. Hazırda bir sıra startaplarımız həmin ölkələrin bazarlarında ciddi mövqe qazanıblar".
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026