15:47 - 11.02.2026
11 fevral, Fineko/abc.az. ABŞ-ın avtomobil istehsalçısı Ford 2025-ci il üzrə xalis zərəri 8,2 mlrd ABŞ dolları təşkil edib, halbuki 2024-cü ildə şirkət 5,9 mlrd ABŞ dolları mənfəət əldə etmişdi, bu, şirkətin maliyyə hesabatından bəlli olur.
ABC.AZ xəbər verir ki, eyni zamanda Ford-un 2025-ci ildə gəliri illik müqayisədə 1,2% artaraq 187,3 mlrd ABŞ dollarına çatıb. Səhmlərə düşən seyrədilmiş zərər 2,06 ABŞ dolları təşkil edib, əvvəlki ildə isə 1,46 ABŞ dolları mənfəət qeydə alınmışdı.
Korrektə olunmu əsaslarla, ötən il üçün EBIT göstəricisi 6,8 mlrd ABŞ dolları olub.
2026-cı ildə Ford-un proqnozuna görə, korrektə olunumu EBIT 8–10 mlrd ABŞ dolları, kapital xərcləri isə 9,5–10,5 mlrd ABŞ dolları səviyyəsində olacaq.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026