15:48 - 11.02.2026
11 fevral, Fineko/abc.az. Məqsədlərin yenidən nəzərdən keçirilməsi innovasiya ekosisteminin dayanıqlı inkişafını təmin edəcək.
ABC.AZ xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma elə sahədir ki, burada müəyyən mənada sərhədlər yoxdur:
"Bəzi qruplar özləri üçün sərhədlər formalaşdırmağa çalışırlar. Bu planda Azərbaycanın daxili sərhədlərini müəyyən etmək üçün kifayət qədər institusional və texnoloji potensial mövcuddur".
R.Xalıqovun fikrincə, məqsədlərin yenidən nəzərdən keçirilməsi və müasir çağırışlara uyğunlaşdırılması innovasiya ekosisteminin dayanıqlı inkişafını təmin edəcək.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026