16:43 - 11.02.2026
11 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 303 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə 5,8 % çoxdur.
Ötən ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
12 Mart 2026
12 Mart 2026
10 Mart 2026