“Nardaran İnvest” MMC yenidən təşkil olunur

17:23 - 11.02.2026


11 fevral, Fineko/abc.az. “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunur.

ABC.AZ-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.

Bildirilib ki, “Halfmoon Project” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Nardaran İnvest” MMC-yə qoşulduğundan “Nardaran İnvest” MMC-nin rəhbərliyi yenidən təşkil olunduğunu elan edir.

Qeyd edək ki, “Nardaran İnvest” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

MMC 285 688 manat nizamnamə kapitalına malikdir.