Tibb Universitetinin yanında yeni metro açılır

10:11 - 12.02.2026


12 fevral, Fineko/abc.az. Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib.

ABC.AZ xəbər verir ki, artıq stansiyada son tamamlanma işləri aparılır. Sakinlər bildiriblər ki, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdirilir. 8 noyabr- b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.

“Bakı Metropoliteni”ninin rəsmisi bildirib ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur. ©Xəzərxəbər