11:33 - 12.02.2026
12 fevral, Fineko/abc.az. “Google” şirkətinin süni intellekt platforması “Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır.
ABC.AZ xəbər verir ki, bu barədə “YouTube”un Orta Şərq və Şimali Afrika (MENA) regionu üzrə rəhbəri Cavid Aslanov məlumat paylaşıb.
Məlumata əsasən, Azərbaycan dilində təqdimat “Gemini 3” erasının – şirkətin indiyədək ən güclü və qabaqcıl süni intellekt nəslinin qlobal istifadəyə verilməsi ilə eyni vaxta təsadüf edir.
“Lokallaşdırılmış interfeys artıq veb versiyada aktivdir, həmçinin mobil cihazlarda (“Android” və “iOS”) tam dəstək və real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur.
Cavid Aslanov bildirib ki, istifadəçilər üçün “Nano Banana” və “Veo” kimi yaradıcı alətlər də təqdim edilir. Bununla yanaşı, məhsuldarlıq və təhsil istiqamətində üç yeni funksiya Azərbaycan dilində istifadəyə verilib.
“Bu yenilik Azərbaycan dilində rəqəmsal ekosistemin genişlənməsinə və süni intellekt alətlərinin daha əlçatan olmasına töhfə verəcək”, - deyə Cavid Aslanov vurğulayıb.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026