BMW Almaniyada 28,5 min avtomobili geri qaytarır — Səbəb

11:54 - 12.02.2026


12 fevral, Fineko/abc.az. Münhen avtomobil konserni BMW Almaniyada 28 582 avtomobilin geri qaytardığını elan edib. Buna səbəb yanğına səbəb ola bilən starter qüsurudur.

ABC.AZ xəbər verir ki, sürücülərə hərəkət zamanı və ya mühərrik söndürüldükdən sonra yanıq qoxusu və ya tüstünün yaranması ehtimalı barədə xəbərdarlıq olunub.

Servis kampaniyası 2020-ci ilin iyulundan 2022-ci ilin iyulunadək istehsal edilmiş avtomobilləri əhatə edir. Daha əvvəl dünya üzrə 575 minədək avtomobilin geri çağırıla biləcəyi bildirilsə də, şirkət yalnız Almaniya bazarı üzrə rəsmi rəqəmləri təsdiqləyib.

BMW 2025-ci ilin payızında da eyni səbəbdən analoji qaytarılma həyata keçirmişdi.