Azad olunmuş ərazilərdə 100-ə yaxın qəsəbənin əsasnaməsi təsdiq olunub

12:12 - 12.02.2026


12 fevral, Fineko/abc.az. Azad olunmuş ərazilərdə 100-ə yaxın qəsəbə və kənd yaşayış məntəqələrinin şəhərsalma əsasnamələri təsdiq olunub.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov QHT-lər üçün təşkil edilmiş "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlimdə deyib.

Onun sözlərinə görə, hazırda azad olunmuş ərazilərdə 70 mindən çox vətəndaş yaşayır:

"Bu ərazilərin yaşayış məntəqələrinə ümumilikdə 37 köç baş tutub. Həmin məntəqələrdə vətəndaşların rifahı üçün hər bir şərait təmin olunub". ©Report