14:11 - 12.02.2026
12 fevral, Fineko/abc.az. Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Abbas Abbasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
O, Azərbaycan Respublikası ərazisindən kənarda olduğu və istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.
6 Mart 2026
6 Mart 2026
6 Mart 2026
4 Mart 2026