Xocavəndin Tuğ qəsəbəsində 3 milyonluq layihə icra olunacaq

15:28 - 12.02.2026


12 fevral, Fineko/abc.az. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi Xocavənd rayonunun Tuğ qəsəbəsində qeyri-yaşayış binalarının təmir-bərpası ilə bağlı satınalma həyata keçirir.

ABC.AZ xəbər verir ki, layihə çərçivəsində məktəb, uşaq bağçası və qazanxananın təmir-bərpa işləri, həmçinin kommunikasiya xətlərinin yenilənməsi, yaşıllıq və abadlıq işləri nəzərdə tutulur.

Satınalmanı “Nakhish” Mənzil-Tikinti Kooperativi icra edəcək.

Müqavilənin dəyəri 3.084.537 manat təşkil edir.