17:07 - 12.02.2026
12 fevral, Fineko/abc.az. Cari ilin yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat təşkil edib.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, aylıq proqnozdan 32 milyon manat və ya 0,9 faiz çoxdur.
Yanvar ayında dövlət büdcəsinin xərcləri 1 milyard 437,6 milyon manat olub. Bu, proqnozdan 4,2% və ya 62,4 milyon manat azdır.
Nazirliyin məlumatına görə, dövlət büdcəsinin gəlirlərində Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və ya 2,5%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487 milyon manat təşkil edərək proqnozdan 2 milyon manat və ya 0,4% çox icra edilib. Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair daxilolmalar 31,0 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox olub.