17:16 - 12.02.2026
12 fevral, Fineko/abc.az. Yanvar ayında Dövlət Neft Fondundan transfert 1 milyard 70,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra olunub.
2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri isə 1 milyard 717,5 milyon manat məbləğində icra edilib. İcmal büdcənin profisiti 2 milyard 694,4 milyon manat olub.
13 Mart 2026
13 Mart 2026
13 Mart 2026