Ən bahalı kreditlərin verildiyi regionlar - Siyahı

17:30 - 12.02.2026


12 fevral, Fineko/abc.az. Azərbaycanda ən bahalı kreditlərin verildiyi regionlar açıqlanıb.

ABC.AZ xəbər verir ki, Azərbaycanın regionlarında verilən kreditlərin faiz dərəcələri ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.

Ölkə üzrə kreditlərin orta faiz dərəcəsi 14,08% olduğu halda, bəzi regionlarda bu rəqəm 20%-i keçir.

Renkinqə Dağlıq Şirvan iqtisadi rayonu başçılıq edir. Bu regionda kreditlər üzrə orta faiz dərəcəsi 20,13% təşkil edir. Region üzrə kredit portfelinin həcmi isə 208 milyon 824 min manat olub.

İkinci yerdə Mərkəzi Aran iqtisadi rayonu qərarlaşıb. Burada əhali və sahibkarlar kreditləri orta hesabla 19,76% dərəcəsi ilə əldə ediblər. Regionun kredit portfeli 602 milyon 194 min manat təşkil edib.

Qarabağ iqtisadi rayonu 19,73% faiz dərəcəsi ilə üçüncü sırada yer alıb. Bu regionda kredit qoyuluşunun həcmi 526 milyon 476 min manat olub.

Dördüncü sırada Şirvan-Salyan iqtisadi rayonu dayanır – burada orta faiz dərəcəsi 19,68%, kredit portfeli isə 467 milyon 100 min manat təşkil edib.

Siyahının beşinci pilləsində Lənkəran-Astara iqtisadi rayonu (19,63%) qərarlaşıb. Cənub bölgəsində kredit qoyuluşunun həcmi 714 milyon 333 min manat olub.

Altıncı yerdə Qazax-Tovuz iqtisadi rayonu gəlir. Bu regionda orta faiz dərəcəsi 19,55%, kreditlərin ümumi məbləği isə 577 milyon 646 min manat təşkil edib.

Yeddinci sırada isə Mil-Muğan iqtisadi rayonu (19,41%) yer alıb. Burada kredit portfelinin həcmi 355 milyon 815 min manat olub.