10:03 - 13.02.2026
13 fevral, Fineko/abc.az. 9-cu mikrorayondan Biləcəri qəsəbəsinə yeni yol çəkiləcək.
ABC.AZ xəbər verir ki, paytaxtın nəqliyyat xəritəsində yeni bir arteriya açılır.
Bu yol təkcə iki ərazini birləşdirməyəcək, həm də Bakının ən böyük tıxac düyünlərindən birinin açılmasına hədəflənib.
Layihə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair planın bir hissəsidir.
AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, bu, paytaxtın giriş-çıxışındakı gərginliyi minimuma endirmək məqsədi daşıyır.
Yol eksperti Yasin Mustafayev deyir ki, layihənin icrası o qədər də sadə deyil. Ərazinin mürəkkəb relyefi və yüksəklik fərqi mühəndislərdən dəqiq hesablamalar tələb edir. ©Xəzərxəbər
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026