Bu səhmdar cəmiyyəti təşkilati-hüquqi formasını dəyişir

10:17 - 13.02.2026


13 fevral, Fineko/abc.az. “Qoldenpey” Açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasını dəyişir.

ABC.AZ xəbər verir ki, Məhdud məsuliyyətli cəmiyyətə çevrildiyini elan edir.

Xatırladaq ki, Azərbaycanın ilk fintex şirkəti olan “Qoldenpey” ASC 2007-ci ilin iyul ayında fəaliyyətə başlayıb.

“Goldenpay” tərəfindən 2011-ci ilin aprel ayında “Hesab.az” onlayn ödəmə portalı istifadəyə verilib. Platforma kommunal, kredit, dövlət ödənişləri, sığorta xidmətləri və digər müxtəlif ödənişlər üçün geniş imkanlar təqdim edir.

17 iyul 2024-cü il tarixində AR Mərkəzi Bankı tərəfindən “Qoldenpey” ASC-yə Elektron Pul Təşkilatı lisenziyası verilib. 26 mart 2025-ci il tarixində “Qoldenpey” ASC “Azerconnect Group”un tərkibinə daxil olub.