SOCAR ötən il 3 milyard 36 milyon 10 min 184 kubmetr qaz emal edib

10:41 - 13.02.2026


13 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il 3 milyard 36 milyon 10 min 184 kubmetr qaz emal edib.

ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, şirkətin emal etdiyi qaz həcmləri 2024-cü illə müqayisədə 341 milyon 522 min 128 kubmetr və ya 10,1 % azdır.

Qeyd edək ki, 2024-cü ildə SOCAR 3 milyard 377 milyon 532 min 312 kubmetr qaz emal edib.