11:22 - 13.02.2026
13 fevral, Fineko/abc.az. Dünya Bankı Qazaxıstana nəqliyyat, rəqəmsallaşma və energetika sahələrində layihələrin maliyyələşdirilməsi üçün altı il ərzində hər il 1 mlrd. dollara qədər kredit ayırmağa hazırdır.
ABC.AZ xəbər verir ki, bu barədə hökumət baş nazirin müavini Serik Jumangarin ilə bankın nümayəndə heyəti arasında keçirilən danışıqların yekunlarına əsasən məlumat yayıb.
Maliyyələşmə 2026–2031-ci illər üzrə yeni əməkdaşlıq strategiyası çərçivəsində nəzərdə tutulur. 2020–2025-ci illərdə isə ümumi dəyəri 4,2 mlrd. dollar olan 14 layihə həyata keçirilib.
Bankın nümayəndəsi Andrey Mixnev daha əvvəl bildirib ki, söhbət güzəştli şərtlərlə uzunmüddətli kreditlərdən gedir. Onun sözlərinə görə, Qazaxıstanın dövlət borcu ÜDM-in təxminən 24%-ni, xarici borc isə 7%-ni təşkil edir.
6 Mart 2026
6 Mart 2026
4 Mart 2026