“AZFİT” MMC fəaliyyətini dayandırdı

12:03 - 13.02.2026


13 fevral, Fineko/abc.az. “AZFİT” MMC fəaliyyətini dayandıraraq “Bakı Hotel Kompani” QSC-yə qoşulub.

ABC.AZ xəbər verir ki, qoşulma nəticəsində “Bakı Hotel Kompani” QSC yenidən təşkil olunub.

“Bakı Hotel Kompani” QSC 1998-ci ildən dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 27 118 400 manatdır.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 1 olaraq qeyd olunub.

Qanuni təmsilçisi Rəsul Mirzəyov Yusif oğludur.