12:25 - 13.02.2026
13 fevral, Fineko/abc.az. Azərbaycanın dayanıqlı inkişaf gündəliyində enerji səmərəliliyi əsas istiqamətlərdən biridir.
ABC.AZ xəbər verir ki, bunu Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı keçirilən tədbirdə bildirib.
"Bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımlar mühüm rol oynayır. Merlər Razılaşması Şərq Tərəfdaşlığı təşəbbüsü enerji səmərəliliyi sahəsində bələdiyyələr üçün icra mexanizmlərı təqdim edən mühüm platformadır. Energetika Nazirliyi bu imkanlardan səmərəli istifadə olunması istiqamətində yerli özünüidarəetmə orqanlarını dəstəkləməyə davam edəcək", - o vurğulayıb.
O qeyd edib ki, bu təşəbbüsə qoşulmaq inzibati binalarının isitmə xərclərinin azaldılması, istilik izolyasiyasının gücləndirilməsi, sosial obyektlərin enerji sərfiyyatının optimallaşdırılması, LED işıqlandırma sistemlərinə keçid kimi bir çox enerji səmərəliliyi tədbirlərinə dəstək göstərə bilər. ©Report
13 Mart 2026
13 Mart 2026
13 Mart 2026
13 Mart 2026