12:30 - 13.02.2026
13 fevral, Fineko/abc.az. İnflyasiyanın azalması fonunda Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 6%-ə endirəcək.
ABC.AZ xəbər verir ki, beynəlxalq iqtisadi statistika portalı “Trading Economics”dən (TE) bildirilib.
Portal Azərbaycanın inflyasiya proqnozlarını dəyişməz saxlayıb. Statistika portalı bu ilin ilk rübü üzrə Azərbaycanda 4,7%, ikinci rübdə 4,3%, üçüncü rübdə 4%, dördüncü rübdə isə 3,5% inflyasiya proqnozlaşdırıb.
“Trading Economics” paralel olaraq Azərbaycan Mərkəzi Bankının da uçot dərəcəsini azaldacağını proqnozlaşdırıb. TE hesab edir ki, AMB bu ilin ikinci rübündə uçot dərəcəsini 6,5% səviyyəsində sabit saxlayacaq, üçüncü rübdə 6,25%-ə, ilin son rübündə isə 6%-dək endirəcək.
Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə bu ilin fevral ayının 4-də uçot dərəcəsini 0,25% bəndi azaldaraq 6,5%-ə endirib. ©APA
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026