14:03 - 13.02.2026
13 fevral, Fineko/abc.az. Bir çoxları xaricdən mobil telefon gətirərkən bəzi çətinliklərlə üzləşir.
Onlardan daha çoxunun üzləşdiyi çətinlik İMEİ qeydiyyatı ilə bağlıdır. İnsanların problemlə üzləşməsinin əsas səbəblərindən biri onların sözügedən məsələ ilə bağlı məlumatsızlığıdır.
Bütün bunları nəzərə alıb, yuxarıda qeyd olunan mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azİntelecom" MMC-yə müraciət etdik.
Qurumdan ABC.AZ-a bildirildi ki, telefonun IMEI qeydiyyatı prosesi fərdi istifadə məqsədilə ölkəyə gətirilmiş cihazlar üçün elektron qaydada həyata keçirilir.
"Gətirilən telefonlar mygov.az portalı (və ya mygov mobil tətbiqi) üzərindən yerinə yetirilir. Qeydiyyat prosesi operativ şəkildə aparılır və orta hesabla 2–3 dəqiqə ərzində tamamlanır", - deyə qeyd edilib.
Müəllif: Elmir Muradov
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026