14:52 - 13.02.2026
13 fevral, Fineko/abc.az. Azərbaycanda bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün onların maliyyə təminatının daha da gücləndirilməsinə ehtiyac var.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.
"2025-ci ildə dövlət büdcəsindən yerli özünüidarəetmə orqanlarına 7,5 milyon manat dotasiya ayrılıb. Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, bu, hər bələdiyyəyə ildə orta hesabla 10 min 950 manat, ayda isə 912 manat ayrılması deməkdir. Bu isə o deməkdir ki, bələdiyyələrin maliyyə təminatının gücləndirilməsinə ehtiyac var. Təbii ki, büdcədən kənar maliyyə mənbələrinin bu kontekstdən şaxələndirilməsi vacibdir", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, ötən il bələdiyyələrin torpaq və əmlak vergisindən daxilolmaları 26 % artıb:
"Bu təbii ki, müsbət məqamdır və bələdiyyələrin maliyyə müstəqilliyinin güclənməsi onların fəaliyyətinin daha genişlənməsinə səbəb ola bilər. Digər tərəfdən, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır. Halbuki, bələdiyyələrin fəaliyyəti daxil olmaqla digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir".
13 Mart 2026
13 Mart 2026
13 Mart 2026