Səudiyyə Ərəbistanının “Midad Energy” şirkəti “Lukoyl”un xarici aktivlərini almaq istəyir

16:33 - 13.02.2026


13 fevral, Fineko/abc.az. Midad Energy yanvarın sonunda Lukoyl-un xarici aktivlərini almaq niyyətini əks etdirən müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, rəsmi təsdiq hələ yoxdur.

Bundan əvvəl 29 yanvar “Lukoyl” ABŞ-ın Carlyle investisiya fondu ilə ilkin razılaşma barədə elan etmişdi. Səudiyyəlilər aktivləri nağd ödəməyə və ABŞ Maliyyə Nazirliyinin təsdiqi də daxil olmaqla bütün icazələr alınana qədər vəsaiti escrow hesabında saxlamağa hazırdırlar.

Analitiklər bildirirlər ki, bu razılaşma hər iki tərəf üçün sərfəlidir: ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətləri qorumaq üçün dəstəkləyə bilər, “Lukoyl” isə nağd vəsait alacaq, aktivlər üçün rəqabət isə endirimləri azaldacaq.

Digər potensial alıcılar, o cümlədən Chevron, hələ danışıqları davam etdirir, əvvəllər isə maraqlı tərəf Gunvor olub, lakin ABŞ Maliyyə Nazirliyinin mövqeyi səbəbindən razılaşma baş tutmayıb.