17:18 - 13.02.2026
13 fevral, Fineko/abc.az. Hindistanın “Reliance Industries” şirkəti Venesuela neftini birbaşa almaq üçün ABŞ hökumətindən ümumi lisenziya əldə edib.
ABC.AZ xəbər verir ki, icazə şirkətin müraciətindən sonra ABŞ Maliyyə Nazirliyi tərəfindən verilib. Şirkət milyarder Mukeş Ambaniyə məxsusdur.
Qərar ABŞ ilə imzalanmış ticarət razılaşmasından sonra verilib. Həmin razılaşmaya əsasən, Hindistan ixracına tətbiq edilən rüsumlar azaldılır, lakin ölkə güzəştli qiymətlərlə Rusiya neftinin idxalından imtina etməlidir. Hindistan hökuməti neft emalı zavodlarına Venesuela və ABŞ-dan neft idxalını artırmağı tövsiyə edib.
13 Mart 2026
13 Mart 2026
13 Mart 2026