17:23 - 13.02.2026
13 fevral, Fineko/abc.az. 2025-ci ildə Azərbaycandan Türkiyəyə ümumilikdə 11 milyard 915,35 milyon kubmetr təbii qaz ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü il ilə müqayisədə 3,8 % çoxdur.
Belə ki, bu müddət ərzində 11 milyard 524,83 milyon kubmetr qaz uzunmüddətli razılaşma əsasında, 390,5 milyon kubmetr isə spot əsasında təchiz edilib.
2025-ci ilin dekabr ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 80,66 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,17 % çoxdur. Dekabrda Azərbaycandan Türkiyəyə nəql edilən bütün həcmlər uzunmüddətli müqavilə əsasda ixrac edilib.
Bununla da dekabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Həmin ay Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 14,2 %-i Azərbaycanın payına düşüb.
13 Mart 2026
13 Mart 2026
13 Mart 2026