19:00 - 13.02.2026
13 fevral, Fineko/abc.az. 1 fevral 2027-ci ildən Gürcüstan-da plastik qabda ərzaq məhsulları və içkilərin istehsalı, idxalı və satışı qadağan olunacaq.
ABC.AZ xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze bəyan edib.
Onun sözlərinə görə, qərar mikroplastikin ətraf mühitə və insan sağlamlığına mənfi təsirinin azaldılmasına yönəlib. Məhdudiyyətlər plastik qabda bitki yağına, həcmi 10 litrdən çox olan içməli suya və ixrac üçün nəzərdə tutulan məhsullara şamil edilməyəcək.
Qadağa mərhələli şəkildə tətbiq olunur: 1 yanvardan daxili bazar üçün birdəfəlik plastik məmulatların istehsalı artıq dayandırılıb, 1 apreldən dövlət qurumlarına 3 litrə qədər plastik qab və butulkaların alınması qadağan ediləcək, 1 iyuldan isə məhdudiyyətlər hotellər, restoranlar və kafelərə şamil olunacaq.
12 Mart 2026