Neft bahalaşır, Brent bir barel üçün $67,80 təşkil edir

09:05 - 16.02.2026


16 fevral, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərraclarda etalon markaların qiyməti cüzi artıb.

Saat 09:03-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin aprel fyuçersinin dəyəri $0,05 (0,07%) artaraq bir barel üçün $67,80-a çatıb. 13 fevral tarixinə olan hərracların yekununda Brent neftinin aprel fyuçersi $0,23 (0,34%) bahalaşaraq bir barel üçün $67,75 təşkil edib.

NYMEX birjasında WTI neftinin mart fyuçersi saat 09:03-ə qədər $0,05 (0,08%) bahalaşaraq bir barel üçün $62,80-a yüksəlib. 13 fevral tarixinə olan hərracların yekununda WTI neftinin mart fyuçersi $0,05 (0,08%) artaraq bir barel üçün $62,89 səviyyəsinə qalxmışdı.

Ötən həftə Brent nefti 0,44%, WTI isə 1,04% ucuzlaşıb.