10:50 - 16.02.2026
16 fevral, Fineko/abc.az. ABŞ-da təbii qazın qiyməti son dörd ayın ən aşağı səviyyəsinə enib.
ABC.AZ xəbər verir ki, qiymətlərin kəskin enməsinə səbəb sinoptiklərin havaların istiləşəcəyinə dair proqnozları olub. Bu isə isitmə tələbatının azalmasına gətirib çıxaracaq.
Asiya sessiyasında erkən ticarət zamanı mart ayı üzrə fyuçerslər 7,4% ucuzlaşıb. Bu, ötən ilin 17 oktyabr tarixindən bəri ən böyük günlük eniş hesab olunur.
12 Mart 2026