10:53 - 16.02.2026
16 fevral, Fineko/abc.az. Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq.
ABC.AZ xəbər verir ki, bu il 8 Mart tarixi bazar gününə təsadüf etdiyindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq istirahət günü növbəti iş gününə keçirilir.
Buna əsasən, 9 mart tarixi də qeyri-iş günü elan edilib.
Bundan əlavə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq. Beləliklə, vətəndaşlar 7, 8 və 9 mart tarixlərində istirahət edəcəklər.
12 Mart 2026