ABŞ-ın Karib kampaniyası: hərbi xərclər 3 milyard dollara çatdı

11:01 - 16.02.2026


16 fevral, Fineko/abc.az. ABŞ Karib hövzəsində hərbi gücünü artırmaq üçün 2,9 milyard dollar vəsait ayırıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verir. "Gerald R. Ford" aviadaşıyıcısının və onun zərbə qrupunun bölgəyə yerləşdirilməsi 2025-ci ilin noyabrından bəri büdcəyə təxminən 740 milyon dollara başa gəlib. Noyabrın ortalarından yanvar ayınadək regionda ABŞ donanmasının ümumi gücünün təxminən 20%-i cəmləşib.

Belə bir qruplaşmanın saxlanılması vergiödəyicilərinə hər gün 20 milyon dollara başa gəlir.