12:17 - 16.02.2026
16 fevral, Fineko/abc.az. Rəqəmsallaşma dövründə praktik bacarıqların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
ABC.AZ xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov "IT SkillSprint" proqramının açılış mərasimində deyib.
Onun sözlərinə görə, "IT SkillSprint" beynəlxalq təhsil proqramı intensiv təlim və inkişaf proqramına dair nümunədir:
"Məlum olduği kimi, Prezidenti İlham Əliyev fevralın 11-də keçirilmiş və rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovativ ekosistemin inkişafına həsr olunmuş müşavirədə bu istiqamətdə mühüm tapşırıqlar verib. Yeni rəqəmsal inkişaf arxitekturasında ən vacib elementlərdən biri güclü insan kapitalıdır. Rəqəmsallaşma yalnız texnoloji infrastrukturun qurulması və yaxud tətbiqlərin hazırlanması deyil. Əsas məsələ həmin texnologiyaları yaradan, inkişaf etdirən, davamlı şəkildə idarə edən bilikli, bacarıqlı və yüksək ixtisaslı insan resursları formalaşdırılmasıdır. Bu gün insan kapitalı strateji inkişafın fundamental dayağıdır".
13 Mart 2026
13 Mart 2026
13 Mart 2026