Yanvarda Azərbaycandan 2 milyon 642 min 930,94 ton neft ixrac edilib

15:26 - 16.02.2026


16 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, Azərbaycandan ixrac edilən xam neftin dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar ayı ilə müqayisədə 23,6 %, dəyəri isə 34,9 % azdır.

Ötən ay Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 55,37 % olub.