Akif Əlizadə TELLMAN show-ya müsahibə verib

17:20 - 8.11.2018


8 noyabr, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə TellMann tok-şouya video-müsahibə verib.

Akif Əlizadə müsahibədə öz həyat və fəaliyyəti, “AMEA Yüksək Texnologiyalar Parkı” ASC-nin uğurları, Milli Elmlər Akademiyasının yeni nəsil alimlərinin hazırlanmasında və inkişafındakı fəal rolu, AMEA çərçivəsində aparılan gender siyasəti, Xəzərdə həyata keçirilən böyük elmi-tədqiqat layihələri və ölkə ərazisində yeni nəsil muzeylərin yaradılması barədə danışıb. A.Əlizadə dərsliklərə, ümumilikdə orta və ali təhsil müəssisələrində tədris proqramına münasibətini bildirib, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə planlarından bəhs edib.

Video-müsahibənin www.TELLMANN.show linki vasitəsilə izləyə bilərsiniz.

TellMann tok-şounun müəllifi və aparıcısı Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir. Tok-şou Caspian European Club-un Narimanfilm kinostudiyası ilə və Gate 25-in iştirakı ilə birgə layihədir.

TellMann tok-şounun yaradıcı kollektivi layihədə sponsor partnyor və ya reklamverici qismində iştirak etmək istəyən şirkət və təşkilatları əməkdaşlığa dəvət edir.

Bütün xəbərlər