Azərbaycan 1 ayda 23 min 523,61 ton neft koksu ixrac edib

15:51 - 16.02.2026


16 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 23 min 523,61 ton neft koksu ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neft koksunun dəyəri 9 milyon 644,68 min ABŞ dolları təşkil edib.

Bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 6 dəfə və 23,5 dəfə çoxdur.

Ötən ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,43 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.